AZ

“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi" arasında Anlaşma Memorandumu imzalanıb

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə səfərdə olan “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub.

APA-Economics” xəbər verir ki, görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, yaşıl enerjiyə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qonaqlara paylayıcı şəbəkələrdə tətbiq olunan yeniliklər, o cümlədən rəqəmsal şəbəkələr, 35/04 kV-luq şəbəkələrə keçid, Enerji Doldurma Məntəqələrinin vahid platforma üzərindən idarə olunması və digər müasir texnologiyaların paylayıcı şəbəkələrdə tətbiqi haqqında geniş məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər arasında baş tutan işgüzar görüşdə “Azərişıq” ASC və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbərliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənəddə innovativ texnologiyalar, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və şəbəkələrin etibarlılığının, dayanıqlılığının artırılması mövzuları əksini tapıb. Bu istiqamətlər üzrə hər iki ölkənin paylayıcı şəbəkələri beynəlxalq təcrübədən yararlanmağı qarşısına məqsəd qoyub. Həmçinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək üçün gələcəkdə mütəxəssislərin davamlı görüşləri də nəzərdə tutulub.

Seçilən
34
48
apa.az

10Mənbələr