Aktual.az xəbər verir ki, bu fikirləri Almaniya Konstitusiyası və Suverenlik Şurasının qeyri-hökumət təşkilatının rəhbəri Ralf Nimayer bildirib.
Onun sözlərinə görə, Şoltsun Moskva üçün qəbuledilməz olan şərtlər irəli sürməsi bu söhbəti mənasız edib.
O, həmçinin vurğulayıb ki, Şoltsun zəngi Qərb tərəfdaşları ilə razılaşdırması onun müstəqil siyasətçi olmadığını göstərir:
"Kanslerin əsas məqsədi seçkilər ərəfəsində fəaliyyətsizlikdə ittihamlardan yayınmaqdır”.
Qeyd edək ki, Şolts və Putin arasında danışıqlar Almaniya tərəfinin təşəbbüsü ilə 15 noyabrda baş tutub.