2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 034.2 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, satış 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən 0.5% azalıb.
Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.
©Banker