AZ

Laporta: “Azərbaycanda olmaqdan məmnunam”

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.

Msport.az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.

X.Laportanı hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.

O dəvətə görə Azərbaycana təşəkkür edib:

“Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm”.

Seçilən
2
13
msport.az

10Mənbələr