AZ

"Hizbullah" üçün milyonlar: Xameneinin müşaviri Beyruta niyə gəlib?..

 
"İranlıların kasıbçılıqdan əzab çəkdiyi zaman İran rejimi Yaxın Şərqdə öz imperiyasını maliyyələşdirir..."
 
Dünən Livanın paytaxtı Beyrut şəhərinin beynəlxalq hava limanında insident yaşanıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Livanın "Əl-Cədid" telekanalı məlumat yayıb. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
 
Məlumatda deyilir ki, İranın Ali dini lideri Əli Xameneinin müşaviri və İran parlamentinin sabiq spikeri Əli Laricaninin rəhbərliyi ilə İrandan gələn nümayəndə heyəti gömrük yoxlanışından və yüklərinə baxış keçirilməsindən imtina edib. Livan gömrükçüləri və güc strukturlarının nümayəndələri nümayəndə heyətinin qarşısını alıb və baxış keçirilməsinə təkid edib.
 
İran diplomatlarının böyük çamadanlarının içərisində olanlar barədə tamaşaçılara livanlı jurnalist Hüseyn Əbdül-Hüseyn danışıb.
 
"Bir çoxlarının Xameneinin baş müşaviri Əli Laricaninin gəlişinin Livan liderlərinin Tehranın nəzarəti altında olduğuna zəmanət verməsinə yönəldiyinin düşünməsinə rəğmən, səfərin əsl məqsədi bundan ibarət olub ki, Laricani "Hizbullah"ın xəzinəsini 150 milyon nağd dollarla dodurmaq istəyib", - o, bəyan edib.
 
"Livan deputatları və "Hizbullah" liderləri döyüş  əməliyyatları zonasından uzaqda qalması üçün Beyrutun Nəcmə meydanındakı parlament binasında öz kabinetlərində yatıb qalır", - jurnalist davam edib.
 
"İsrail bunu bilir və onlara xətər yetirməkdən yan keçir. Livan dövlətinə hörmət əlaməti olaraq Laricani Beyrutun mərkəzində "Hizbullah"ın siyasi liderləri ilə görüşüb", - o, qeyd edib.
 
İranın "Hizbullah"a nağd pullarla maneəsiz dəstək vermək imkanlarında jurnalist Bayden administrasiyasını ittiham edib.
 
"Hizbullah"a pul axınını təmin etmək üçün İranın rəsmi şəxsləri bu ölkəni orta hesabla ay ərzində bir dəfə ziyarət edir, - Əbdül Hüseyn məlumat verib.
 
Bundan öncə Laricani, XİN rəhbəri Abbas Araqçı və İran parlamentinin spikeri Baqer Qalibaf Beyruta İranın dollar əskinasları ilə dolu olan hökumət təyyarələri ilə uçub gəlib. Bu, İranın enerjidaşıyıcılarının İraqa satışından gələn gəlirlərin Bayden administrasiyası tərəfindən blokdan çıxarılması sayəsində baş verir".
 
"Hizbullah" İran pulları ilə noyabr ayı ərzində cənubdan köçüb gələn livanlılara ödənişləri təmin edib. Dörd nəfərdən ibarət ailələrə 300 dollar və tənha adamlara 100 dollar ödənilib", - Hüseyn Əbdül-Hüseyn izah edib. 
 
"Qeyd etmək lazımdır ki, iranlıların özləri kasıbçılıqdan son dərəcə əzab çəkir, onların milli valyutası dəyərdən düşür, bu zaman İran rejimi ölkənin özünə son dərəcə zəruri olan pulları Yaxın Şərqdə öz imperiyasının maliyyələşdirilməsi üçün istifadə edir", - o, deyib.
 
Beyrut hava limanında baş verən və diplomatik qalmaqala çevrilən insidentə gəldikdə isə, livanlı jurnalist yazıb: 
 
"Hava limanının təhlükəsizlik xidmətinin rəisi, briqada generalı Fədi Kfuri VİP zalının giriş və çıxışlarını bloklamaqla bütün qapılarını bağlamağı əmr edib. O, pulları müsadirə edibmi? Bu, az ehtimal edilir. Lakin hər halda bu məlumatın sızdırılması baş verib.
 
Xəbər verildiyi kimi, noyabrın 15-də Beyruta səfəri zamanı Əli Laricani bəyan edib ki, İran Livanın İsrail ilə atəşkəsin təmin edilməsi üzrə istənilən qərarını dəstəkləyəcək. 
 
"Reuters" agentliyi məlumat verib ki, bununla yüksək vəzifəli iranlı məmur Tehranın Livan müttəfiqi olan "Hizbullah"a ağır zərbələr vurduğu münaqişəyə son qoymağa cəhd etdiyini anlatmaq istəyir.
Seçilən
39
moderator.az

1Mənbələr