Portuqaliya millisinin forvardı Kristiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı suala şərh verib.
39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan - dubl etdiyi qarşılaşmadan (5:1) sonra bunları söyləyib: "Mən sadəcə həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vurmağı düşünəcəm". (offsideplus.az)