İranın Kirman əyalətinin Rəfsəncan şəhərində SEPAH polkovniki Məhəmmədrza Bəyazipur həlak olub.
Bu barədə yerli mənbələr məlumat yayıb.
Rəsmi məlumatlarda polkovnikin atış poliqonunda hadisə nəticəsində öldüyü bildirilib.
Qeyri-rəsmi məlumatlarda isə Bəyazipurun sıravi əsgər tərəfindən güllələndiyi qeyd olunub.
Mənbə: yenisabah.az