19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirib.
Bizim.Media xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gəlib.
Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan qarşılaşmanı serbiyalı baş hakim idarə edib. Matç İrlandiyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabı ilə məğlub olub.
16 noyabr
14:00. İrlandiya - Azərbaycan - 4:0
Qollar: Okosun, 7, Oça, 51, Aşbe, 70, Dillon, 78
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)
Dördüncü hakim: İqor Boska (Moldova)
"Zimbru-2" stadionu, Kişinyov.
16:00. İslandiya - Moldova
Xallar: İrlandiya - 4 (2 oyun), İslandiya - 3 (1 oyun), Moldova - 1 (1 oyun), Azərbaycan - 0 (2 oyun).
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta