AZ

İranda bu post uğrunda mübarizə başladı: Xamenei SEPAH-la toqquşur

İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi deyib ki, Ekspertlər Şurasının təşkil etdiyi məxfi komissiya ölkənin ali rəhbəri Əli Xameneidən sonrakı dövr üçün 3 nəfəri araşdırıb, seçib və onların rəhbərlik qabiliyyətlərini təsdiq edib. O, bunun Əli Xameneinin istəyi və tapşırığı əsasında baş verdiyini bildirib.

Globalinfo.az-a danışan siyasi analitik Aqşin Kərimov deyib ki, İranın daxili siyasi həyatında, İran hərbi-siyasi ruhani müstəvisindəki hərəkətlənmənin intensivləşdiyini demək olar:

“Bu hərəkətlənmənin intensivləşməsini İranın xarici siyasətdə üzləşdiyi risklərin daxili səhnədə öz əks-sədasını tapması kimi izah etmək olar.

İran Ali Lideri Seyid Əli Xamenei nüfuz itkisi ilə üzləşib. Belə ki, o, ultramühafizəkarlar arasında mövqelərini laxladan bir siyasət yürüdüb.

Bundan sonra o, öz yerinə varislik sistemi ilə təyinat aparılması istəyi ilə çıxış etməklə həm indiki mövqeyini gücləndirmək niyyətindədir, həm də bundan sonra özünün ali fəxri statusunu saxlamaq kimi bir məqsəd daşıyır.

İran daxili siyasi həyatı çox mürəkkəbdir. Xarici siyasətdəki uğursuzluqlar, üzləşilən risklər birbaşa İranın daxili siyasi arenasına təsir göstərir. Bu mənada söyləyə bilərik ki, post-Xamenei dövrünə hazırlıq güclü rəqabət və qruplar arasında düşmənçilik səviyyəsində aparılır.

 
Seçilən
61
referans.az

1Mənbələr