AZ

COP 29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub (FOTO)

Bakı. Trend:

Panel müzakirədə yaşıl keçidin KOB-lar üçün faydası, ətrafmühitə biznesin məsuliyyətli yanaşması, iqlim maliyyələşdirilməsi,yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları barədəfikir mübadiləsi aparılıb.

Trend xəbər verirki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panelmüzakirə keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) təşkilatçılığı ilə “Yaşıl zona”da keçirilən tədbirdə rəsmişəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və“yaşıl iqtisadiyyat” ilə bağlı layihələri olan startaplar iştirakediblər.

Panel müzakirədə İtaliya-Azərbaycan Ticarət Palatasınınprezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri OrxanMəmmədov, BMT-nin Cənub - Cənub Əməkdaşlıq Ofisinin direktoru DimaƏl-Xatib, İslam ölkələri üçün Statistik, İqtisadi və SosialAraşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru ZehraZümrüt Selcuk, Beynəlxalq Ticarət Mərkəzinin şöbə müdiri VanessaErogbogbo və Qlobal Sahibkarlıq Şəbəkəsinin təsisçisi və prezidentiConatan Ortmans çıxış ediblər. Çıxışlarda KOB-ların dünyaiqtisadiyyatında və məşğulluqda, eləcə də iqlim dəyişiklikləri iləmübarizədə rolu, iqlim maliyyələşdirilməsi, yaşıl keçidin KOB- larüçün faydası, bizneslərin yaşıl keçidində ekoloji, sosial vəkorporativ idarəetmə (ESG) prinsiplərinin önəmi, ətraf mühitəməsuliyyətli münasibət və bu sahədə sahibkarların öhdəlikləribarədə məlumat verilib.

Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və millisəviyyədə birgə əməkdaşlıqla mümkün olduğu qeyd edilib və KOBekosisteminin bütün maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü“KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nəqoşulmağa dəvət olunublar. Vurğulanıb ki, artıq Beynəlxalq TicarətMərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti(SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəliçempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq özdəstəklərini ifadə ediblər.

Paneldə KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi zamanıehtiyaclarının davamlı dəstəklənməsi üçün zəruri addımlar vəonların ekoloji məsuliyyətinin artırılması ilə bağlı müzakirələraparılıb, iştirakçıların sualları cavablandırılıb. Həmçinin tədbirçərçivəsində Harvard Universitetinin “Growth Lab” Beynəlxalqİnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston İqtisadiyyatNazirliyi və mərkəz arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal“Yaşıl artım portalı”na
dair təqdimatla çıxış edib.

COP
COP
COP
COP
Seçilən
95
6
az.trend.az

6Mənbələr