AZ

Estoniya millisinin baş məşqçisi: "Çox bəxtəvərsiniz"

Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 5-ci turunun Azərbaycanla (0:0) matçından sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.

- İki oyunu nəzərə alsaq, Estoniya millisi Azərbaycanı nədə üstələdi?

- Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

- Sizin qarşınıza qoyulan hədəflər nədir?

- Milli komandanın irləlilyişini təmin etmək. Üzərində işləməli olduğumuz çox şey var.

- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?

- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.

- Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?

- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiz ki, belə stadinonunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

Seçilən
22
6
sportinfo.az

9Mənbələr