AZ

Bundestaq Şolzun Putinə çağırışını tənqid edib

Bundestaqdakı Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) müxalifət fraksiyasının xarici siyasət üzrə eksperti Yurgen Hardt Almaniya kansleri Olaf Şolsu Rusiya prezidenti Vladimir Putinə zəng etdiyinə görə tənqid edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bubarədə Deutschlandfunk radiostansiyası yazır.

...Xatırladaq ki, bir gün əvvəl Putin və Şolz arasında demək olar ki, iki ildən sonra ilk telefon danışığı olub və onlar Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə ediblər. Hardt qeyd edib ki, kansler Rusiya lideri ilə beynəlxalq gündəliyin bir sıra cari məsələlərini müzakirə edib.

Eyni zamanda, siyasətçi vurğulayıb ki, Şolz Rusiyaya “heç bir konkret təklif irəli sürməyib, hətta bir növ ultimatum da təqdim etməyib”.

Ekspertin sözlərinə görə, Rusiya tərəfi Şolzun çağırışını güc yox, zəiflik əlaməti kimi qəbul edib.

Bundan əvvəl Almaniya kansleri Almaniyanın maraqlarına ziyan vuraraq Ukraynanı dəstəkləməyəcəyini bildirmişdi.

Əli Babayev

Seçilən
41
sia.az

1Mənbələr