Azərbaycan yığması Polşada 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında 5 medal qazanıb.
Apasport.az xəbər verir ki, ölkəmiz komanda hesabında 3-cü yeri tutub.
Cüdoçularımız çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc qazanıblar. Gürcüstan (3-1-1) yarışı birinci, Niderland isə (2-2-1) ikinci pillədə başa vurub.
Yığmamızın heyətində Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətovlə (73 kq) Ömər Rəcəbli (81 kq) isə bürüncə yiyələnib.
Qeyd edək ki, çempionatda komandamız 15 cüdoçu ilə təmsil olunub.
Veteran cüdoçularımız dünya çempionatında 4 medal qazanıb
Daha bir cüdo zalı fəaliyyətə başladı
Cüdoçumuz 2 illik diskvalifikasiya olunub
Daha bir veteran cüdoçumuz qızıl medal qazanıb
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər