AZ

Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri

9 müraciətin ünvanlandığı “Açıq mikrofon” aksiyası bu gün Xızı rayonunda baş tutub.

Redaktor.az-a bu barədə "Azəriqaz"İB-dən məlumat verilib.

Mikrofon önünə çıxan 3 sakin qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Yeni Yaşma kənd sakinlərindən 2 nəfəri isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Qalan 4 müraciətə gəlincə, bunlar qaz sayğacının yerinin dəyişdirilməsi və debitor borcun araşdırılması ilə bağlı olub. Görüşdə səsləndirilən hər bir müraciət qeydə alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Seçilən
211
12
redaktor.az

10Mənbələr