AZ

Trampdan Ukrayna ilə bağlı qalmaqallı TƏYİNAT

Boris Epşteyn ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Ukraynadakı münaqişənin həlli məsələləri üzrə xüsusi nümayəndəsi ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri mənbələrə istinadən yazır.

 

Epşteyn Donald Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenlə görüşə getdiyi təyyarədə xüsusi elçi olmaq təklifindən danışıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Epşteynin diplomatik təcrübəsi yoxdur və 2020-ci il seçkilərinə müdaxilə işi ilə bağlı Arizonada istintaq altındadır.

 

Boris Epşteyn Moskvada anadan olub və 11 yaşına qədər Rusiyada yaşayıb.

Seçilən
89
22
modern.az

10Mənbələr