AZ

Ekofəalların səssiz harayı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Bakıda ekofəalların səssiz aksiyası keçirilib. Aksiya zamanı onlar öz mövqelərini sözsüz ifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini tələb edib, “Pay up” şüarı olan pankart açıblar.

Etirazçılar, həmçinin qalıq yanacaqların istifadəsinin azaldılmasının vacibliyi haqqında melodiya zümzümə ediblər. Fəallar iqlim təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyinə, xüsusilə də iqlim böhranının nəticələrindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə diqqət çəkməyə çalışıblar. Onların çıxışı bütün dünyadan olan iştirakçıları birləşdirən qlobal iqlim ədaləti hərəkatının bir hissəsinə çevrilib.

Seçilən
11
15
xalqqazeti.az

10Mənbələr