AZ

İqlim konfransında ESG platforması təqdim edildi

29-cu iqlim konfransı çərçivəsində ölkəmizin ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə, yəni ESG təcrübələri və təşəbbüsləri üzrə vahid onlayn məkanın – ESGhub.az platformasının təqdimatı keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, platforma COP29-un “Mavi Zona”sında “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma” Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə keçirdiyi yüksək səviyyəli “dəyirmi masa”da təqdim olunub.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bildirib: “Bu gün işgüzar dairələr və cəmiyyətlərin dayanıqlı inkişafa və etik dəyərlərə yanaşmasında böyük dəyişikliklərin şahidi oluruq. İqlim dəyişikliyi, sosial bərabərsizlik, dayanıqlı maliyyə, şəffaf idarəetmə ilə bağlı çağırışlar dünyada daha geniş miqyasda qəbul edilir və bu mənada ESG prinsiplərinin və ESG üzrə hesabatlılığın vacibliyi gündən-günə artır. Dövlət–biznes dialoqu çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azercell Telecom” MMC və digər maraqlı tərəflərin dəstəyi ilə yaradılan ESG Hub Azərbaycan platformasının istifadəyə verilməsi ilə bu çağırışlara cavab vermək hədəflənir.

Təqdimatda qeyd olunub ki, ESG Hub platforması sadəcə təqdim etdiyi çoxşaxəli resurslar vasitəsilə ESG sahəsində məlumatlılığın artırılmasını hədəfləmir, həm də dövlət və özəl sektorun ESG səylərini birləşdirən netvörkinq platforması kimi davamlı və dayanıqlı gələcəyə töhfə vermək missiyası daşıyır. Bu platforma hər bir təşkilatın öz fəaliyyətinə ESG dəyərlərini daxil edə bilməsinə, uzunmüddətli dayanıqlı inkişafa və gələcək nəsillərə töhfə verməsini şərtləndirəcək.

 

Seçilən
48
11
xalqqazeti.az

10Mənbələr