AZ

Bayden və Si Tsinpin Peruda görüş keçirəcəklər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Tsinpin arasındadanışıqlar şənbə günü Limada keçirilən APEC sammiti çərçivəsindəÇin nümayəndə heyətinin Delfines otelində baş tutacaq.

Trend xəbər verirki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Görüşdə liderlərlə yanaşı, ABŞ Dövlət katibi Entoni Blinken,Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan,ABŞ-ın Çindəki səfiri Nikolas Börns və digər yüksək vəzifəlişəxslər iştirak edəcək. Çindən isə Mərkəzi Komitənin Katibliyininrəhbəri Cai Tsi, Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri vəxarici işlər naziri Vanq Yi, habelə ticarət naziri Van Ventaoiştirak edəcək.

Mətbuatın verdiyi məlumata görə, təhlükəsizlik səbəbindən otelərazisində mobil rabitə və internet xidməti dayandırılıb. Ağ Evbildirib ki, görüşün keçirildiyi yer ev sahibi ölkə tərəfindənmüəyyən edilir.

Danışıqlar zamanı liderlərin Ukrayna böhranını, eləcə dəAsiya-Sakit okean regionundakı vəziyyəti müzakirə edəcəyigözlənilir. Həmçinin, bu görüşün Baydenin ABŞ Prezidenti kimi SiTsinpinlə sonuncu görüşü ola biləcəyi ehtimal olunur.

Seçilən
94
az.trend.az

1Mənbələr