AZ

İranlı general: ABŞ kəşfiyyatı terrorçulara təlim keçir

“ABŞ kəşfiyyatı İranın cənub-şərqində terror aktları törədən yaraqlılara təlim keçir”.

“Far.Az” xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının hüquqi məsələlər üzrə müavini, general Əli Şamxani deyib.

“İranın cənub-şərqindəki terror qrupları Amerika silahlarından istifadə edərək terror aktları həyata keçirir. Onlar etiraf ediblər ki, Amerika kəşfiyyatı onlara təlim keçib”, - deyə Əli Şamxani bildirib.

O əlavə edib ki, ABŞ Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə İrana 1 trilyon dollar təzminat ödəməlidir.

Seçilən
22
5
far.az

6Mənbələr