Bakı. Trend:
Tayvanın hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərlərindənibarət nümayəndə heyəti Litvada dron texnologiyaları üzrəəməkdaşlıq imkanlarını müzakirə etmək niyyətindədir.
Trend-in“Bloomberg”ə istinadən verdiyi məlumata görə, Tayvanın ondan çoxdron istehsalçısının nümayəndələri, o cümlədən xarici işlər naziriLin Tzya-lunun rəhbərliyi altında Litvaya səfər edəcək.
Səfərdə iştirak edəcək şirkətlər arasında “Aerospace IndustrialDevelopment”, “Thunder Tiger”, “GEOSAT Aerospace & Technology” və“Mitac Holdings” kimi məşhur müəssisələr də yer alır.
Tayvanın “Thunder Tiger” PUA istehsalçısının rəhbəri Su Şen-Tszebildirib ki, Litvanın lazer texnologiyaları pilotsuz uçuşaparatlarına qarşı sistemlərdə uğurla tətbiq edilə bilər. Bu, ikiölkə arasında texnologiya transferi və qarşılıqlı faydalıəməkdaşlıq üçün yeni imkanlar açır.