AZ

COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatı ölkələri meteorologiya sahəsində əməkdaşlığı müzakirə edəcək

Bakı. Trend:

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində TürkDövlətləri Təşkilatı (TDT) ölkələri arasında meteorologiyasahəsində əməkdaşlıq yolları müzakirə olunacaq.

Trend xəbər verirki, Türkiyənin Baş Meteorologiya İdarəsi “Türk Dövlətləri Təşkilatıölkələrində inteqrasiya olunmuş erkən hava xəbərdarlığı sistemi”mövzusunda panel müzakirəsi təşkil edəcək. Tədbir noyabrın 19-daTürkiyə pavilyonunda “Qida, kənd təsərrüfatı və su” tematik günüçərçivəsində baş tutacaq.

Müzakirələrdə Türk dövlətləri arasında meteorologiya sahəsindəəməkdaşlıq imkanları və iqlim dəyişikliklərinə uyğunlaşmaistiqamətində birgə təşəbbüslər nəzərdən keçiriləcək. TədbirəTürkiyənin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılmasıİdarəsinin (AFAD) sədr müavini Həmzə Taşdelen moderatorluqedəcək.

Panel müzakirələri, erkən xəbərdarlıq sistemlərinininteqrasiyası və regional əməkdaşlığın gücləndirilməsi ilə bağlıvacib məsələlərin həllinə töhfə verəcək.

Seçilən
82
1
az.trend.az

1Mənbələr