AZ

New Yorker moda şəbəkəsinin yaradıcısı vəfat etdi

Almaniyanın məşhur “New Yorker” moda şəbəkəsinin yaradıcısı və sahibi Fridrix Knapp 74 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, məlumatı Tagesschau portalı yayıb. Bildirilir ki, Fridrix Knapp son zamanlar ağır xəstəlikdən əziyyət çəkirdi. O, İsveçrədə müalicə alıb, lakin sonradan Almaniyanın şimalında yerləşən Sylt adasında keçirdiyi son dövrlərdə dünyasını dəyişib.

New Yorker şirkətində hal-hazırda 23 minə yaxın işçi çalışır və şirkət 47 ölkədə 1200-dən çox filialla fəaliyyət göstərir. Knappın rəhbərliyi altında şirkət qlobal moda sənayesində mühüm mövqeyə sahib olmuşdu.

Seçilən
22
1
publika.az

2Mənbələr