AZ

ABŞ, Yaponiya və Avstraliya müdafiə məsləhətləşmələri mexanizmini işə salır

ABŞ, Yaponiya və Avstraliya müdafiə nazirlikləri təhlükəsizlik sahəsində üçtərəfli məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəliblər.

Day.Az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin, Yaponiyanın müdafiə naziri Gen Nakatani və Avstraliyanın müdafiə naziri Riçard Marlesin birgə bəyanatında qeyd edilib.

Bəyanatda vurğulanıb ki, yeni mexanizm üç ölkənin silahlı qüvvələri arasında siyasət və əməliyyat koordinasiyasını gücləndirmək məqsədi daşıyır.

 

Tərəflər həmçinin Avstraliya və ABŞ arasında davam edən əməkdaşlıqda Yaponiyanın artan rolunu alqışlayıblar. Bu çərçivədə, hər il üçtərəfli desant təlimlərinin keçirilməsi qərara alınıb.

Bundan əvvəl Yaponiya Özünümüdafiə Qüvvələrinin Avstraliyada dəniz piyadalarının müntəzəm yerləşdirilməsinə başlanacağı açıqlanmışdı. Bu təşəbbüs müdafiə və təhlükəsizlik sahəsində üç ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Seçilən
15
50
day.az

10Mənbələr