![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/11/17/1/cbf37846-e62e-4449-a05f-7ce382befc41/andria-putkaradze.jpg)
Gürcüstan “Junior Eurovision” 2024-ün qalibi olub.
Yeniavaz.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, noyabrın 16-da Madriddə baş tutan builki müsabiqədə 17 ölkə iştirak edib.
Gürcüstan təmsilçisi Andria Putkaradze “Junior Eurovision” 2024-də “To my mom” mahnısı ilə çıxış edib.
Qeyd edək ki, finalda İtaliya, Estoniya, Albaniya, Ermənistan, Kipr, Fransa, Şimali Makedoniya, Polşa, İspaniya, Almaniya, Hollandiya, San-Marino, Ukrayna, Portuqaliya, İrlandiya və Maltadan olan ifaçılar yarışıblar.