AZ

Orxan Fikrətoğlu: “Nazirlik və ARKA hər zaman Qarabağ müharibəsinə həsr olunan layihələri əsas istiqamət kimi diqqətdə saxlayır”

“Mədəniyyət Nazirliyi və ARKA hər zaman Qarabağ müharibəsinə həsr oluan film layihələrini əsas istiqamət kimi diqqət mərkəzində saxlayır”.

Bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.

O qeyd edib ki, Qarabağ zəfəri yaradıcı şəxsləri, rejissor və ssenaristləri daima bu mövzuda çalışmağa sövq edir: “Müəlliflər şablon sujet və hadisələrdən kənara çıxmağa çalışır, öz yaradıcılıq potensialını ortaya qoyaraq fərqli layihələrlə kinosevərlərin qarşısına çıxır. Müəyyən vaxt keçdikdən sonra müharibənin kinematoqrafik təqdimatı daha mükəmməl forma və məzmunla yerli kinematoqrafçılar tərəfindən təqdim olunan filmlərdə daha da çox hiss olunacaq”.

Orxan Fikrətoğlu bildirib ki, Qarabağ müharibəsi mövzusunda olan rejssor Amil Məmiyevin “Arılar və qəbirlər”, rejissor Orman Əliyevin “Borc”, rejissor İsmayıl Səfərəlinin “Mənə bənzər adam”, rejissor Xəyyam Abullayevin “Ağalı” tammetrajlı bədii filmləri, rejissor Fariz Əhmədovun “Ölüm axtaran qadın” tammetrajlı sənədli filmi, rejissor Etibar Məmmədovun “Müharibənin gözləri”və rejisor Murad Muradovun “Danışır və göstərir Şuşa” qısametraj sənədli filmləri, rejissor Məsud Pənahinin “Narqız” və rejissor Firəngiz Qurbanovanın “Nağıl istəyirəm!” qısa animasiya filmləri istehsal prosesindədir.

“Post-prodakşna dəstək müsabiqəsi çərçivəsində eyni mövzuya həsr olunan rejissor Elməddin Alıyevin “Geri dönüş” və rejissor Tahir Əliyev “Səssiz zaman” tammetraj sənədli filmlərinin istehsalı bitmək üzrədir.

Eyni mövzuya həsr olunan və ssenariyə dəstək istiqaməti üzrə “Əlvida. Noyabr” tammetrajlı bədii filminin ssenarisi də artıq yekunlaşıb.

44 gün sürən Vətən Müharibəsinə həsr oluan rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametraj bədii filmi isə 2 avqust Azərbaycan Kinosu Günündə tamaşaçılara təqdim olunub.

Bundan başqa “44" tammetrajlı bədii, "Yaddaş" və "Neytral zonanın sonuncu sakini" qısametrajlı bədii filmlərinin istehsal edilməsi üçün səndələşmə prosesi həyata keçirilir”, - deyə o əlavə edib.

Seçilən
52
4
apa.az

5Mənbələr