“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın üzvü olduğu Moldova millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə Andorra ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.
Marandiçi və Avram bu oyunda şans qazanmayıb. Onlar sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, Moldova millisi D Liqasında 2-ci qrupda 9 xalla liderdir.