AZ

"Azerbaijan Green Energy Company" MMC COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirəsi təşkil edib

"Azerbaijan Green Energy Company" (AGEC) MMC 15 noyabr 2024-cü il tarixində COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirələri təşkil edib. Müzakirələrdə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədr müavini Rəna Heybətova, Masdar şirkətinin Azərbaycan ofisinin ölkə üzrə rəhbəri Murad Sadıxov, Baltech şirkətinin Enerji üzrə rəhbəri Volkan Gerdan və ABŞ angel investoru Laszlo Horvath iştirak ediblər. Sessiya zamanı panel üzvləri həm yerli, həm də regionda maliyyə bazarında bərpa olunan enerjiyə yatırım imkanlarını müzakirə edib, iqlim maliyyələşdirilməsi mövzusuna toxunublar.
Panel müzakirəsi AGEC şirkətinin baş maliyyə inzibatçısı Xəyalə Nağıyevanın moderatorluğu ilə baş tutub. Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədr müavini Rəna Heybətova öz çıxışında Azərbaycanın bərpa olunan enerji ixracı istiqamətində və həmçinin daxili infrastruktur layihələri barədə COP29 ərəfəsində aparılan işlər barədə geniş məlumat verib. Xəyalə Nağıyeva bildirib ki, AGEC günəş və külək enerjisi layihələrinə sərmayə qoyaraq bərpa olunan enerji sektorunun inkişafını və dayanıqlı investisiyanın təşviqini hədəfləyir. O, vurğulayıb ki, şirkətin uzunmüddətli biznes modeli, ölkənin bərpa olunan enerji potensialını üzə çıxarmaqla yanaşı, enerji ekosistemində səmərəliliyin artırılması və enerji sahəsinə investisiyanın diversifikasiyasına əsaslanır. Qeyd edək ki, AGEC bir neçə il davam edən müzakirələrin nəticəsi olaraq 2023-cü ildə yaradılıb.

Reklam hüququnda

Seçilən
34
3
1news.az

4Mənbələr