AZ

Parlament Görüşü çərçivəsində “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri” sessiyası işə başlayıb

Bakı. Trend:

Bakıda Parlamentlərarası İttifaqın (PAİ) və AzərbaycanRespublikası Milli Məclisinin birgə təşkil etdiyi COP29çərçivəsində Parlament Görüşü çərçivəsində Bakıda “Dəyişən iqlimşəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunmasıtədbirləri” sessiyası işə başlayıb.

Trend xəbər verir ki, bu sessiyada iqlim dəyişikliyinin insansağlamlığına təsiri müzakirə olunacaq, xüsusilə qida təhlükəsizliyiilə bağlı təsirlərə diqqət yetiriləcək.

İştirakçılar parlamentlərin sağlamlıq və iqlim problemlərinihəll etmək üçün inteqrasiyalı və bir-birini tamamlayan yanaşmadannecə istifadə edə biləcəyini nəzərdən keçirəcəklər.

Ərzaq təhlükəsizliyinə və qida çatışmazlığına səbəb olan kəndtəsərrüfatı və balıqçılıq sektorlarında itkilərin azaldılmasıstrategiyaları da müzakirə olunacaq.

Tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandantərəfindən vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova da iştirak edir.

Qeyd edək ki, ötən gün Bakıda COP29 çərçivəsindəParlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgətəşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. TədbirdəParlamentlərarası İttifaqın prezidenti Tulia Akson, AzərbaycanMilli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Seçilən
40
2
az.trend.az

3Mənbələr