AZ

Bədən üçün tələb olunan 3 məhsul: Həkim açıqladı

Bədəndə maddələr mübadiləsini tənzimləməyə kömək edə biləcək üç məhsul var. Bunlar qarabaşaq, balqabaq və cəfəridir.

“Cebheinfo.az” xəbər verir ki,  məşhur endokrinoloq Katya Yanq bu məhsulları yeməyə çağırıb.

O deyir ki, qarabaşaq yarması mürəkkəb karbohidratların əla mənbəyidir:

“Bu, qan şəkərinizin səviyyəsini sabit saxlayır və daha uzun müddət toxluq hissi keçirməyə kömək edir". 

Mütəxəssis öz “Telegram” kanalında ruslara salatlarda və ya əsas yeməklərdə qaynadılmış dənli bitkilərdən istifadəni tövsiyə edib.

Öz növbəsində, liflə zəngin balqabaq həzmi yaxşılaşdırır və iştahı idarə etməyə kömək edir. Həkim balqabağı bişirməyi və ya onunla şorba hazırlamağı tövsiyə edib.

Həkim maddələr mübadiləsi üçün faydalı olan üçüncü məhsul kimi cəfərini göstərib. O izah edib ki, vitamin və liflə zəngin olan bu kök tərəvəz həzmə müsbət təsir etməklə yanaşı, qanda şəkərin səviyyəsini sabit saxlayır. Endokrinoloq şorba və ya yeməklərə cəfəri əlavə etməyi təklif edib.

Seçilən
39
cebheinfo.az

1Mənbələr