İtaliyanın Emilia-Romanya və Umbria bölgələrində regional seçkilər keçirilir.
AZƏRTAC xəbər verir ki, iki regionda təxminən 4,3 milyon seçici yerli idarəetmə orqanlarının rəhbərlərini müəyyən etmək üçün səs verəcək. Səsvermə prosesi noyabrın 17-si və 18-ni əhatə edəcək.
Səsvermə nəticəsində Emilia-Romanyada 330 bələdiyyə, Umbriada isə 92 bələdiyyə üzrə sədrlər və üzvləri müəyyən olunacaq.