AZ

Argentina G20 sammitinin kommünikesini bloklamaqla hədələyir

Argentina vergi və ətraf mühitlə bağlı müddəalarla razılaşmadığı üçün Braziliyada keçirilən İyirmilik Qrupunun (G20) sammitinin yekun kommünikesini bloklamaqla hədələyir.Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Argentina hökuməti Braziliyada keçirilən G20 zirvə toplantısını köhnə və yeni qüvvələr arasında mübarizəyə çevirmək istəyir" – bu barədə Braziliya rəsmilərindən biri qəzetə deyib.

Onun sözlərinə görə, bir illik vergi danışıqları və konsensusdan sonra onlar əvvəl razılaşdıqları yerdə problemlər yaradırlar.Buenos-Ayresin etirazları "ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi” məsələlərinə aiddir.

FT vurğulayıb ki, diplomatlar həmçinin iqlim dəyişikliyi və beynəlxalq siyasi məsələlər, o cümlədən Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyətlə mübarizə üçün layihələrin maliyyələşdirilməsində konsensusa nail olmağa çalışırlar.Tərəflər bu mövzuların müzakirəsində irəliləyiş əldə ediblər.

www.anews.az
Seçilən
18
4
anews.az

5Mənbələr