“İlhamə Quliyevanın bütün sənədləri qızım Samirədə idi. Bankda 380 min pulu və evdə seyfdə qızılları var idi. Qızım ona baxırdı, ayağını müalicə edirdi”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev qonaq olduğu “Həftənin qonağı” verilişində mərhum Xalq artisti İlhamə Quliyevanın mirasından danışarkən bildirib.
Mirəliyev deyib ki, mərhumun mirası qanunla onun övladlığa götürdüyü oğlu Orxana qalmayıb:
“İlhamə Quliyeva rəhmətə gedəndən sonra bacılar başladı o mənimdir, bu mənimdir. Dedilər ki, hər şey Orxanındır. Amma qanunla Orxana düşmədi. Orxan bütün nə var idi gətirdi müstəntiqə verdi. İlhaməni basdırandan sonra dava düşüb aralarında. Nə etdilər bilmirəm".
Proqramın aparıcısı Ülvira Qarayevanın “Deyirlər, İlhamə rəhmətə gedəndən sonra sizin qızınız Türkiyədə ev aldı” sözlərinə Ə. Mirəliyev belə reaksiya verib: