AZ

Dünyanın 20 ən yaxşı uşaq cərrahlarından biri olan türk həkim vəfat edib

Qaraciyər transplantasiyası əməliyyatını həyata keçirən ilk türk həkim Prof. Dr. Münci Kalayoğlu 84 yaşında dünyasını dəyişib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, avqust ayında beyin qanaması keçirən və bir müddət demensiyadan müalicə alan  Münci Kalayoğlu İstanbuldakı evində vəfat edib.

Dəfn mərasiminin çərşənbə axşamı İstanbulda keçiriləcəyi gözlənilir.

Bu günə qədər 1500-dən çox transplantasiya həyata keçirən Prof. Dr. Münci Kalayoğlu dünyanın ən yaxşı cərrahlarından biri hesab olunurdu.

Türkiyə Səhiyyə Nazirliyinin başsağlığı mesajında ​​aşağıdakı ifadələr yer alıb:

"Dəyərli müəllimimiz, orqan transplantasiyası sahəsində dünyanın qabaqcıl həkimlərindən biri olan Prof. Dr.Münci Kalayoğlunun vəfatını böyük kədər hissi ilə öyrəndik. Allah müəllimimizə rəhmət eləsin, ailəsinə, yaxınlarına və tibb ictimaiyyətinə başsağlığı veririk. 
"20 Ən Yenilikçi Yaşayan Uşaq Cərrahı" siyahısına daxil edilən və minlərlə xəstəni sağaldan Kalayoğlu tibb dünyasına qoyduğu böyük mirasla yadda qalacaq".
Seçilən
24
sherg.az

1Mənbələr