AZ

Türkiyə İsrail prezidentinin təyyarəsinin Türkiyənin hava məkanından istifadəsinə icazə verməyib

İsrailin Prezident Aparatı ölkə başçısı İsaak Hersoqun BMT-nin Bakıda keçirilən COP29 İqlim Konfransına planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.

APA xəbər verir ki, səfərin ləğv edilməsinin səbəbi kimi təhlükəsizliklə bağlı narahatlıqların olması göstərilib.

Türkiyənin “Milliyet” qəzeti isə məsələnin səbəbinin başqa olduğuna dair məlumat paylaşıb.

Qəzetin yaydığı məlumata görə Türkiyə hökuməti İsrail təyyarəsinin Türkiyənin hava məkanından istifadəsinə icazə verməyib.

Məhz buna görə də İsrail prezidentinin səfəri ləğv olunub. Türkiyə hökuməti tərəfindən xəbərə münasibət bildirilməyib.

Seçilən
49
apa.az

1Mənbələr