AZ

İngiltərədən darmadağın, Fransadan qələbə - Millətlər Liqası

UEFA Millətlər Liqasında bu gün VI tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Günün mərkəzi oyunu A Liqasında İtaliya ilə Fransa arasında baş tutub. Fransa yığması İtaliya millisini 3:1 hesabı ilə məğlub edib.

A Liqasının II qrupunda isə İsrail Belçikadan 1:0 hesabı ilə üstün olub. 

İngiltərə İrlandiyanı, Norveç Qazaxıstanı 5 cavabsız qolla darmadağın edib. 

UEFA Millətlər Liqası
VI tur
17 noyabr

A Liqası, II qrup

İtaliya - Fransa 1:3
İsrail - Belçika 1:0

B Liqası, II qrup

İngiltərə - İrlandiya 5:0
Finlandiya – Yunanıstan 0:2

B Liqası, III qrup

Norveç - Qazaxıstan 5:0
Avstriya – Sloveniya 1:1

C Liqası, IV qrup

Latviya - Ermənistan 1:2
Şimali Makedoniya - Farer adaları 1:0

Qeyd edək ki, turun növbəti oyunları 18-19 noyabr tarixlərində keçiriləcək.

Seçilən
96
5
qafqazinfo.az

10Mənbələr