AZ

Bir sıra ölkələr İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasında çətinliklərlə üzləşir- Muxtar Babayev

Bakı. Trend:

Bir çox ölkə İkiillik Şəffaflıq Hesabatlarının (BTR)hazırlanması və təqdim edilməsində çətinliklərlə üzləşir.

Trend xəbər verir ki, bunuekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti MuxtarBabayev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"ndadeyib.

"Məhz buna görə də COP29 prezidentliyi Bakı Qlobal İqlimŞəffaflığı Platformasını istifadəyə verdi. Bu platforma inkişafetməkdə olan ölkələrə hesabatlarının hazırlanmasında dəstəkgöstərir və məqsədyönlü potensial artımını təmin edir. O, mövcudşəffaflıq platformaları ilə əməkdaşlıq edir ki, fəaliyyətlərimizinuyğunluğunu təmin etsin və birgə səylərimizin səmərəliliyiniartırsın.

Bundan əlavə, platforma cəmiyyətin bütün sektorlarından maraqlıtərəfləri əməkdaşlığa cəlb edir. Bakı Şəffaflıq Platforması inkişafetdirilmiş şəffaflıq sistemində universal iştirakın təşviqinəçalışır", - deyə M.Babayev vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
30
3
az.trend.az

4Mənbələr