AZ

803 hektar sahədə meyvə və giləmeyvə yetişdirildi

Fins.az - İmişli rayonunda bu ilin meyvə və giləmeyvə yığımı uğurla başa çatıb.

Bu barədə İmişli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Rayon ərazisində ümumilikdə 803 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib və 10 113,5 ton məhsul toplanıb. Yığılan məhsulların yüksək keyfiyyəti və bol olması yerli fermerlərin əməksevərliyini və düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsini bir daha təsdiqləyir.

İmişli rayonunda əsasən həyətyanı sahələrdə müxtəlif növ meyvələr becərilir. Mərkəzin məlumatına görə, bu il alça (41 hektar), alma (51 hektar), əncir (48 hektar), heyva (64 hektar), nar (355 hektar), xurma (34,5 hektar), gavalı (34,5 hektar) kimi meyvələrin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyıb. Bundan əlavə, 16 hektar sahədə giləmeyvə növləri də becərilib.

Bu uğurlu məhsul yığımı rayonun aqrar sektorda mövqeyini daha da gücləndirir və yerli iqtisadiyyata müsbət təsir göstərir. Məhsulların daxili bazarlarda satışa çıxarılması ilə yanaşı, müəyyən hissəsinin ixrac edilməsi də planlaşdırılır.

Rayonun dövlət aqrar siyasətinə dəstəyi və yerli fermerlərin səyi nəticəsində İmişlidə kənd təsərrüfatının inkişafında müsbət tendensiyalar davam edir.

Seçilən
43
3
fins.az

10Mənbələr