AZ

Türk analitik: Tramp Ukrayna münaqişəsində bunu əsas “kozır” kimi istifadə edəcək – ÖZƏL

ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvini əsas mövzulardan birinə çevirə bilər.

Olaylar.az xəbər verir ki, bu fikri türkiyəli analitik Serhat Latifoğlu səsləndirib.

Tramp seçki kampaniyası zamanı Ukrayna münaqişəsini cəmi bir gün ərzində həll edəcəyini vəd etmişdi. Latifoğlu hesab edir ki, bu məqsədə çatmaq üçün Tramp, məhz sanksiyaların ləğvi mövzusunu öz diplomatik strategiyasının mühüm elementi kimi istifadə edəcək.

"Şübhəsiz ki, sanksiyaların ləğvi müəyyən mərhələdə danışıqların gündəliyinə daxil olacaq. Lakin bu, dərhal baş verməyəcək. Trampın əsas vəzifəsi atəşkəsə nail olmaqdır. O, sanksiyaların ləğvi məsələsini öz kozırı kimi istifadə etməyə çalışacaq," - deyə analitik bildirib.

Latifoğlunun sözlərinə görə, bu istiqamətdə tələsik addımlar atılmayacaq, lakin sanksiyalar mövzusu mütləq müzakirə olunacaq. Analitik qeyd edib ki, Tramp artıq səhnə arxasında sülh danışıqları üçün zəmin yaratmağa çalışır.

"Görünür ki, pərdəarxası işlər gedir. Çox güman ki, gələn ilin əvvəlində konkret nəticələr görəcəyik," - deyə o əlavə edib.

Xatırladaq ki, Tramp prezident seçiləcəyi təqdirdə Ukrayna münaqişəsini bir gün ərzində həll edəcəyini bəyan edib. Lakin o, planının detalları barədə açıqlama verməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr