AZ

Federasiya prezidentinin "Beşiktaş"lı oğlu Azərbaycan yığmasında

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 18-dən 24-nə qədər Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Komandam;z hazırlıq dönəmində noyabrın 20-də, saat 16:00-da “Qəbələ” klubunun U-17 komandası ilə yoxlama görüşü keçirəcək.

Baş məşqçi Füzuli Məmmədovun dəvət göndərdiyi oyunçular arasında 3 ölkədən legioner var. O, Türkiyə, Rusiya və Almaniya klublarının formasını geyinən həmyerlilərimizə dəvət göndərib.

Onlardan biri də Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin oğlu Furqan Musayev də var. «Qarabağ»ın yetirməsi olan yarımmüdafiəçi 2 ildən artıqdır «Beşiktaş»ın düşərgəsindədir.

Furqan İstanbul klubu ilə uzunmüddətli müqavilə imzalayıb. «Pələng» ləqəbli oyunçunun Türkiyə yığmasına cəlb olunması da gündəmdə idi.

«Qara qartallar»ın akademiya məşqçiləri onun böyük potensial vəd etməsi barədə yerli federasiyanın seleksiya şöbəsinə raport verib.

U-16-ya dəvət alan futbolçuların siyahısı

1. Nurəziz Əzizov – "Neftçi"

2. Rüstəm Yarəhmədov – "Vətən"

3. Uğur Qurbanlı – "Qarabağ"

4. Suad Cəfərov – "Sabah"

5. Amin Rzayev – "Qarabağ"

6. Rəşad Gülüşov – "Vətən"

7. Toğrul Mehdizadə – "Vətən"

8. Polad Hüseynov – "Qarabağ"

9. Fərid Cavadlı – "Qarabağ"

10. Sahib Xəlilli Neftçi

11. Hüseyn Bayramov – "Qarabağ"

12. Məhəmməd Mədətov – "Vətən"

13. Nihad Cəfərzadə – "Sabah"

14. Allahverdi Şirinov – "Qəbələ"

15. Eldar Abbasov – "Qarabağ"

16. Musa Mustafayev – "Zirə"

17. Amil İbişov – "Neftçi"

18. Əli Bəşirov – "Qarabağ"

19. Samir Şərifov – "Vətən"

20. Furqan Musayev – "Beşiktaş", Türkiyə

21. Rafael Leonov – Tambov Futbol Akademiyası, Rusiya

22. Murad Həmidov – "Essen-Şönebek", Almaniya

SPORTİNFO.AZ

Seçilən
19
sportinfo.az

1Mənbələr