AZ

Ərdoğan Ukraynadakı münaqişənin cəbhə xəttində dondurulmasını təklif edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu”nun (G20) sammitində Ukraynada hazırkı cəbhə xəttində münaqişənin dondurulmasını təklif edəcək. Bu barədə bazar günü Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Türkiyə lideri planını bazar ertəsi G20 liderlərinin görüşündə təqdim edəcək. Nəşrin mənbələri əlavə edib ki, Ərdoğan Vladimir Zelenskiyə NATO-ya üzvlük müzakirəsini ən azı 10 il təxirə salmağı təklif edəcək. Bundan əlavə, Türkiyənin ideyası Donbassın şərq hissəsində demilitarizasiya zonasının yaradılmasını və orada “beynəlxalq hərbi qüvvələrin” yerləşdirilməsini nəzərdə tutur.

“Bloomberg” yazır ki, Türkiyə rəsmiləri bunu münaqişənin həllinin ən real yolu hesab edirlər, baxmayaraq ki, Ukraynanın belə bir təklifi qəbul etməsinin çətin olacağını etiraf edirlər.

Oxuməni.az

Seçilən
19
7
oxumeni.az

9Mənbələr