Olaylar Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail mətbuatında prezident Hersoqun Azərbaycana səfərini "təhlükəsizliklə bağlı narahatlıqlar" səbəbilə ləğv etməsi xəbərindən sonra Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadə tələbinin rədd edildiyi məlumatı yüksəkvəzifəli rəsmi şəxslərə istinadən təsdiqlənib.
Qeyd edək ki, Anadolu Agentliyinin Türkiyə rəsmilərinə əsaslanaraq verdiyi məlumata görə, İsrail qurumları Bakıda keçirilən COP29 iqlim sammitində iştirakı planlaşdırılan Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadəsi ilə bağlı ölkəyə müraciət edib. İsrailin bu müraciəti Türkiyə tərəfindən rədd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31