AZ

Azad edilmiş ərazilərə daha bir neçə marşrut xətti işləyəcək - VİDEO

İşğaldan azad edilmiş ərazilərə daha bir neçə marşrut xətti fəaliyyətə başlayacaq.

FED.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həmin ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır. Xankəndidə şəhərdaxili iki marşrut xətti də olacaq.

Müsabiqədə iştirak etmək istəyən daşıyıcılar müvafiq sənədləri dekabr ayının 15-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.

Ağcabədi-Xankəndi-Laçın və Mingəçevir-Xankəndi-Laçın marşrut xətlərinin tam fəaliyyəti Şuşadan Laçına qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.

 

Seçilən
8
3
fed.az

4Mənbələr