AZ

Ramasvami və Mask ABŞ-da bir neçə departamenti ləğv etmək niyyətindədirlər

DOGE rəhbəri Ramasvami bir neçə dövlət qurumunu bağlayacağını və minlərlə dövlət qulluqçusunu işdən çıxaracağını vəd edib...

Amerikalı sahibkar Vivek Ramasvami və iş adamı İlon Mask ölkənin seçilmiş prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı sərəncamına uyğun olaraq ABŞ-da bir neçə federal departamenti ləğv etmək niyyətindədirlər.

Poliqon xəbər verir ki, Ramasvami bu barədə Fox News telekanalında bildirib.

Seçilmiş prezident Donald Trampın tərəfindən yaradılan Hökumətin Səmərəliliyi Departamenti qəti və ciddi addımlara hazırlaşır. Departamentə İlon Maskla birlikdə rəhbərlik edəcək Vivek Ramasvaminin bildirib ki, dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.

“Bəzi agentliklərin tamamilə bağlanacağını düşünürük. Biz federal hökumətin şişkin sahələrində böyük ixtisarlar planlayırıq. Federal podratçılar və federal hökumətə həddindən artıq xərcə mail olan departamentlər arasında kütləvi ixtisarları olacaq”, deyə Ramasvami qeyd edib.

Ramasvaminin sözlərinə görə, bəzi departamentlər Vaşinqtondan başqa şəhərlərə köçəcək.

“İnsanlar dəyişikliklər etdiyimiz sürətə təəccüblənəcəklər”, deyə Ramasvami vurğulayıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr