Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün sessiyanın səkkinci günüdür.
Bizim.Media xəbər verir ki, havanın yağışlı olmasına baxmayaraq COP29 konfransı üçün Bakıya gələn qonaqlar Olimpiya Stadionuna axın edir.
Səhər saatlarına rəğmən müxtəlif ölkələr öz iqlim problemlərinə diqqət çəkmək üçün artıq aksiyalar təşkil etməyə başlayıblar.
Qeyd edək ki, tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.
Xatırladaq ki, COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.
Günay Şahmar, Nuray, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta