AZ

Şəffaflıq iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərimizin əsasını təşkil edir - Yalçın Rəfiyev

Bakı. Trend:

Şəffaflıq iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərimizinəsasını təşkil edir.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə başdanışıqçı Yalçın Rəfiyev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərindəyirmi masası"nda bildirib.

Onun sözlərinə görə, Paris Sazişi çərçivəsində təkmilləşdirilmişşəffaflıq sistemi (ETF) ümumi məqsədlərə nail olunmasıistiqamətində irəliləyişin izlənilməsinə, etimad və inamıngücləndirilməsinə, həmçinin, daha sürətli tədbirlər tələb olunansahələrin müəyyən edilməsinə imkan yaradır.

"Biz Təkmilləşdirilmiş Şəffaflıq Sisteminin (ETF) tətbiqi üçünhəlledici bir mərhələdəyik. Bu ilin sonuna qədər ilk İkiillikŞəffaflıq Hesabatlarının (BTR) təqdim edilmə müddəti başa çatır.BTR-in imzalanması ETF sisteminin istifadəsi və səmərəli tətbiqiüçün mühüm addımdır", - deyə Y.Rəfiyev vurğulayıb.

O, artıq öz hesabatlarını təqdim etmiş ölkələrə təşəkkür edib vəbu mühüm anı qeyd etmək üçün onlara "BTR çempionları"sertifikatlarının təqdim olunmasını təklif edib.

"Biz ölkələrin davam edən səylərini və hesabatların vaxtındatəqdim edilməsinə sadiqliklərini alqışlayırıq və bütün tərəflərihesabatlarını 31 dekabr 2024-cü ilə qədər təqdim etmək üçün fəalişləməyə çağırırıq", - deyə o bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan öz prezidentliyiçərçivəsində inkişaf etməkdə olan ölkələrə hesabatlarınhazırlanması və vaxtında tamamlanmasında dəstək göstərməyə çalışır.Bunun üçün Bakıda İqlim Şəffaflığı Platforması yaradılıb ki, bu daETF sisteminin effektiv tətbiqinə töhfə vermək üçün mühümaddımdır.

Bu təşəbbüs qarşılıqlı etimadın gücləndirilməsinə, inkişafetməkdə olan ölkələrə hesabatların hazırlanmasında və təqdimedilməsində dəstək göstərilməsinə, eləcə də, iş prosesində əldəedilən təcrübə və dərslərin paylaşılmasına yönəlib.

"Əminik ki, bu platforma vasitəsilə əməkdaşlıq ölkələrinşəffaflıq sahəsindəki səylərini gücləndirəcək, Paris Sazişiçərçivəsində öhdəliklərin daha səmərəli yerinə yetirilməsini təminedəcək və iqlim hədəflərimizə çatmaq üçün möhkəm zəmin yaradacaq",- deyə Y.Rəfiyev əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr