AZ

"Məmur istefaları Nikolun növbəti şousudur" -Erməni jurnalist

Xəbər verdiyimiz kimi Ermənistanda yüksək rütbəli məmurlar istefa veriblər. Baş nazir Nikol Paşinyan bununla bağlı Facebookda paylaşım edərək məmurların öz postlarını tərk etmələrini xahiş etdiyini deyib.

Məsələ erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Bəzi ziyalılar, siyasətçilər bunu hakim komandanın şousu kimi qiymətləndirib.

Məsələn, ermənilərin araşdırmaçı jurnalisti Oskan Sarkisyan məsələyə münasibət bildirib. O, yazıb: “Seçkiöncəsi şoudur... Nikol Paşinyan bir sıra yüksək vəzifəli məmurları işdən çıxarmaqla hər zamankı davranışını təkararlayır. Yəni öz səhvlərinə görə başqalarını ittiham edir. Hətta ola bilsin ki, işdən çıxarılan bəzi məmurlara qarşı cinayət işi başlansın. Ona görə də Nikol Paşinyana inananlar baş nazirin günahının olmadığını, bu məmurların qanunları pozduğunu deyirlər". Jurnalist qeyd edib ki, Nikol Paşinyan əlində olan kiçik elektoratı qoruyub saxlamağa çalışır. O, xarici qüvvələrin istəyi ilə növbədənkənar seçkilər keçirə bilər. Bunun səbəbdən də o, seçicilərin 10-15 faizini itirməmək üçün öz komandasını yeniləyir: "Ermənistan üçün böyük problem təkcə bizim ölkəmizin qayğıları ilə yaşaya biləcək bir hakimiyyətin, iqtidarın olmaması deyil. Ən böyük problemimiz həm də bizim belə bir qayğılarla yaşaya biləcək müxalifətimizin olmamasıdır. Bir sözlə, Ermənistan cazibə qüvvəsi ilə uçuruma doğru sürüklənir”.

Tural

Seçilən
13
news365.az

1Mənbələr