AZ

Fransa yenə çalxalanır: “Sarı jilet”lilər 6 il sonra meydanlarda...

Fransanın paytaxtı Paris və ölkənin digər şəhərlərində "Sarı jiletlilər" hərəkatı 6-cı ildönümü münasibətilə yenidən küçələrə çıxıb.

Publika.az xəbər verir ki, nümayişçilər hökumətin iqtisadi siyasətinə etiraz edərkən, ictimaiyyətin birbaşa iştirakına imkan verəcək referendumun keçirilməsini tələb ediblər.

Hərəkat iqtisadi ədalət tələblərini təkrarlayaraq bütün Fransanı həmrəyliyə çağırıb.

Fransada fermerlər Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzv olduğu Avropa İttifaqı (Aİ) ilə Cənubi Ümumi Bazar (MERCOSUR) arasında ticarət sazişinə reaksiya olaraq noyabrın 18-dən başlayaraq nümayişlər keçirəcək. Braziliyada G20 Zirvəsi keçirilərkən Fransada başlayacaq nümayişlərdə fermerlər haqsız rəqabətə yol açacağı səbəbiylə etiraz etdikləri “Aİ-MERCOSUR” ticarət müqaviləsinin imzalanmamasını tələb edəcəklər.

Seçilən
20
publika.az

1Mənbələr