AZ

Prezident konkret göstəriş verdi - İcraiyyə Komitəsi yığışacaq

AFFA İcraiyyə Komitəsi dekabrda bir araya gələcək. Bu barədə redaksiyamıza federasiyadan məlumat verilib. Qurumdan saytımıza bildirilib ki, toplantının gələn ayın ilk yarısında təşkili planlaşdırılır. Prezident Rövşən Nəcəf bununla bağlı müvafiq göstəriş verib, gündəliyin müəyyənləşdirilməsini tapşırıb.
Yığıncaqda bir sıra məsələlərin müzakirə edilməsi nəzərdə tutulub. Onların başında milli komandaların mövcud durumunun müzakirəsi gəlir. Burada əsas və aşağı yaş qrupları üzrə yığmaların yeni inkişaf layihəsinin gözdən keçirilməsi istisna edilmir.
Böyük ehtimalla, Fernandu Santuş istiisna olmaqla, digər baş məşqçilərlə müqavilələrə xitam veriləcək.

SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr