AZ

İqlim dəyişikliyi əmək bazarına çox güclü təsir göstərir - Sahil Babayev

İqlim dəyişikliyi çoxölçülü məsələdir. İqlim dəyişikliyi həm də əmək bazarına çox güclü təsir göstərir.

Olaylar xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən "İqlimə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş" də çıxışı zamanı deyib.

O qeyd edib ki, ildən-ilə ənənəvi işlərdən daha yüksək texnoloji işlərə keçidi və ölkələrin əmək resurslarında həmin iş yerlərini təmin etmək və müvafiq əmək resurslarının yaradılmasını görürük.

"Təbii ki, istənilən hökumət, istənilən dövlət əsasən əhalinin məşğulluğundan faydalanır. Biz ölkədə mümkün qədər məşğulluğu təmin etməliyik ki, əhali öz həyatını yaşasın, layiqli həyat tərzi keçirsin, layiqli işlə təmin olunsun, öz həyatında layiqli yaşamaq imkanları olsun. Deməli, biz müvafiq işçi qüvvəsinin, insan resurslarının mövcudluğunu təşviq etməliyik. Yeni iş yerləri və yeni bacarıqlar üçün yeni standartları və yeni kurikulumları təmin etmək üçün onlara peşə təhsili mərkəzlərimizdə yeni bacarıqlar qazandırmağa çalışırıq.

Yeni dünyaya uyğunlaşmaq üçün yeni bacarıqlara həmişə ehtiyac olub. Bu baxımdan düşünürəm ki, həyat boyu öyrənmə bacarıqlarının əsas məqsədi gələcəyimiz üçün getdikcə daha çox əhəmiyyət kəsb edəcək",- deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
1
olaylar.az

2Mənbələr