AZ

ÜGT rəsmisi: “Davamlı ticarətin asanlaşdırılması üçün yeni həllər tələb olunur”

Davamlı ticarətin asanlaşdırılması üçün yeni həllər və innovativ yanaşmalar tələb olunur

"Report" xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Tarif və Ticarət İşləri üzrə Müvəqqəti direktoru Qael Qrubi (Gael Grooby) COP29 çərçivəsində keçirilən "Yaşıl Gömrüklər: Davamlı ticarətin asanlaşdırılması, innovasiya və standartlarla inkişafı" adlı tədbirdə çıxışı zamanı bildirib.

O, qeyri-qanuni ticarətin qarşısının alınması və tullantıların əvvəlcədən məlumatlandırılmış razılığı ilə bağlı görülən işlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, mövcud metodların təkmilləşdirilməsi vacib olsa da, bu kifayət etmir: “Əgər biz eyni yanaşmaları təkrarlamağa davam etsək, həqiqi irəliləyiş əldə edə bilməyəcəyik. Yeni həllər və innovativ yanaşmalar lazımdır. Belə ki, bu həllər həm təkmilləşməli, həm də yeniliklərə açıq olmalıyıq”.

Onun sözlərinə görə, hazırda ÜGT-də harmoniya edilmiş sistemin təkmilləşdirilməsi üzrə işçi qrupu fəaliyyət göstərir: “Fəaliyyət planımızın əsas məqsədlərindən biri ətraf mühit üçün vacib olan malların təsnifat sistemində görünüşünü artırmaqdır. Bu, hökumətlərə yaşıl malların idxalını asanlaşdırmaq və ya əksinə, zərərli məhsulları məhdudlaşdırmaq imkanı verir”.

Q.Qrubi əlavə edib ki, dövri iqtisadiyyat prinsiplərinin ticarət sahəsində tətbiqi gömrük sistemində mövcud çətinlikləri aradan qaldırmağa mühüm töhfə verəcək.

Seçilən
30
10
report.az

10Mənbələr